Azərbaycanda 8 futbolçunun həbs olunması ilə bağlı DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 8 futbolçunun həbs olunması ilə bağlı DİN-dən AÇIQLAMA

Kriminal

27 Dekabr 2024 19:32 973


Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi "Mingəçevir"də ciddi araşdırmalar başlayıb.

Komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır. Mənbəyə inansaq, həmin futbolçular artıq saxlanılıb.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidməti apasport.az-ın sorğusuna cavab olaraq futbolçuların saxlanılması ilə bağlı iddialara aydınlıq gətirib. pizza mizza

Vurğulanıb ki, daxil olan müraciət üzrə araşdırma aparılır. Saxlanılan yoxdur.

Klub tərəfindən isə verilən məlumatda araşdırmaların davam etdiyi, hazırda futbolçuların öz evlərində olduğu bildirilib.

Baş məşqçi Ədəhim Niftəliyevin istefasının da mövzuya aiddiyəti yoxdur. Onunla yollar komandanın uğursuz çıxışı səbəbindən ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!