Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat verilə bilər - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat verilə bilər - AÇIQLAMA

Sosial

09 Oktyabr 2024 08:26 21954


Çox tez-tez gündəmə gətirilən, amma hələ də tam şəkildə həll yolunu tapmayan əsas məsələlərdən biri də uşaqpuludur. Sözügedən problemin həlli ilə bağlı hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.

Ekspert açıqlamasında ölkədəki uşaqların sayını nəzərə alaraq bildi ki, o qədər uşağa vəsaitin ayrılması büdcə üzərində böyük maddi yük yarada bilər: pizza

"Ümumi adı el arasında "uşaqpulu" adlanan məsələ artıq uzun illərdir həm müzakirə olunur, həm də ciddi bir gözlənti yaradır. Hökumətin mövqeyi bundan ibarətdir ki, müxtəlif sosial layihələr çərçivəsində uşaqlara vəsaitlər yönəldilir. Yəni, imkansız ailələrə yardımlar, sosial müavinətlərin verilməsi, valideynini itirmiş uşaqların saxlanılması üçün, əngəlli insanlar üçün ümumilikdə bir neçə istiqamətdən pul ayrıldığını söyləyir. Hökumətin rəsmi mövqeyi budur. Amma gözlənti də ondan ibarətdir ki, bu birdəfəlik sistem halına gəlsin və bu sistemli şəkildə, anadan olmuş uşaqlara valideyinlər tərəfindən xərclənən vəsaitin bir qismi dövlət tərəfindən qarşılanması sisteminə keçid baş versin. 

Anlayıram ki, ölkədə 2,7 milyon 0-18 yaşlı uşaqlar var. Bunların hamısına vəsaitin ayrılması büdcə üzərində böyük bir maddi yük yarada bilər və hökumətin də çəkindiyi nöqtə bundan ibarətdir. Amma addım-addım bu işi görmək olar və belə şəkildə görmək üçün qanunlarda müəyyən dəyişikliklərə ehtiyac var. Məsələn ilkin addım kimi ailədə ikinci uşağa ayda 100 manat olmaqla vəsaitin verilməsi qanun şəkilində qəbul oluna bilər. Ölkədə təqribən 9000 ailədə ikinci uşaq var. Bu qədər uşağa 100 manat vəsaitin verilməsi büdcəyə böyük bir yük gətirməz. Yavaş-yavaş ilk addımı atdıqdan və büdcə buna adaptasiya olunduqdan sonra gələcəkdə 2-ci, 3-cü, 4-cü uşaqlara da eyni qaydada vəsaitlərin verilməsi məsələsi gündəmə gələ bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • IRANE
    3 usaqim var. 2 si mekteblidir. Yaşayış cox cetindir. Catdirmaq olmur.
    2 years ago
  • Orxan Babazadə
    Mən dəfələrlə sosial yardımı imtina gəlir mənə kirayədə qaliram 2oğul boyudurəm esgərlikə atanda deməsinlər vətənə borcu var görürəm 44gunluk muharibə 90 illərdə hansi kasibin balalaridi bir dəfə olsun ki varliğin balasi şəhit olsun? Mən dəfələrlə sosial yardim imtina gəlir gah deyir ev kirayəsi avadinlari belə behanələri kimə deyecek Alah bilir 550₼ maaşla olanda indi kirayə pulu uşağ dərdi hələ öz dərdimiz demirik uşaqlar gələcəyi lazımdır
    2 years ago
  • Sebine
    Çox müşkül meseledir ki, uzun illər müzakirə olunur. 18 yaşına kimi neyle, nece yaşayır xeberiniz olmur, 18 yaşı tamam olan kimi vetene borcunu xatırladırsınız. Afərin size vallah... hele bir neçə uzun illər müzakirəyə davam edin...
    2 years ago
  • Reside
    Men iki qiz ushaqi boyudurem 12 ildir atalari turmeddi ve dovlet terefinen hec bir halda ne sosial nedeki ushag pulu kimi bir komek gordum defelerle muraciet etdiyim halda esasiz behanelerle mene yox deyildi
    2 years ago
  • Günay
    4 ovladim var ama nə qazım var nede işığım harada gesem sayğac lazımdır onada imkan yoxdur uşağ pulu olsa da yaxşı olar məncə
    2 years ago
  • Sebnem
    Salam 3 usaqim var mekteblidi 2 si bilmirem neyi nece edib catiram
    2 years ago
  • Xeyal
    4,usagm var tek ikinciye niye verilir hamsina verilimelidir mektebe her gün marsurtla gedrem ne qeder yol pulu defter kitab bunlar fikirlesmelideler
    2 years ago
  • Чина
    Белэ Мэмурлар аз огурласынлар довлэтин пулуну ушаглара верилсин пуллар будчэйэ хеч нэ олан дейил йаландан йазыб миллэтин саггызыны огурлама будчэйэ нэ олурса огру мэмурлардан олун ушаглардан йох
    2 years ago
  • Aygül
    Salam menim 3 uşağım var. Ayda enardan gelirim yoxdu. Belə olsa nisbetende olsa kömeklik olar
    2 years ago
  • Nihat
    Menim 2 usaqim var ve cetlik çəkirəm mekteb xərcləri yemekleri dövlət 1 m vermir sabah eskerlik vaxdina gelede gel deyeceqler borclusan dövlətə niye borclu olam dövlət menim uşaqlarıma ne veribki borcluda olum
    2 years ago