Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı

Kriminal

26 Noyabr 2024 11:20 2232


Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.

"Report"un xəbərinə görə, bir müddət əvvəl evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. pizza

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!