Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişikliklər təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişikliklər təklif olunur

Sosial

02 Oktyabr 2024 19:18 479


Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişikliklər təklif olunur.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu gün Milli Məclisin Aqrar siyasət komitəsində sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihənin Azərbaycanda heyvanlar aləminin mühafizəsi sahəsində təkmilləşdirmələrin aparılması, habelə qanunvericilikdə cərimələrlə bağlı ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlandığı bildirilib. pizza mizza

Dəyişikliklərə əsasən, heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər, o cümlədən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!