Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər – VİDEO

Hadisə

18 May 2022 16:26 1050


Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin Bərdə rayonu 866-cı qəsəbədə çəkildiyi bildirilir. Şikayətçi iddia edir ki, itləri öldürməyi icra başçısı göstəriş verib, öldürə bilmədikləri itləri isə zəhərləyiblər. Toyuqlu pizza

Onlar polisə müraciət etdiklərini, çox kobud cavab aldıqlarını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!