Azərbaycanda partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

Siyasət

07 İyul 2021 18:22 1032


Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək.

Yenisabah.az xəbər verir ki, bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.

Siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək. Toyuqlu pizza

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır. Yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.

Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!