Azərbaycanda qadınlara saxta evlilik təklif edilir 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadınlara saxta evlilik təklif edilir 

Sosial

14 Avqust 2024 08:46 561


Sosial şəbəkələr üzərindən 30-45 yaşlı qadınların xaricdə yaşaması üçün saxta evlilik təklif edilir. 

Yenisabah.az bu barədə "Xəzər TV"yə istinadən xəbər verir. 

Məlumata görə, son vaxtlar Avropada saxta evlilik edən şəxslər peyda olub.  Sezar pizza

Sosial şəbəkələrdə belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir. 

Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. Müştərilərini isə “facebook” və digər sosial şəbəkələr üzərindən tapır. 

Hüquqşünasların sözlərinə görə, saxta nikaha girənlərin hüquqi məsuliyyəti var. 

Hüquqşünas Xəyal Bəşirov vətəndaşlara bu kimi təkliflərə inanmamağı tövsiyə edir. 

Daha ətraflı videomaterialı təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!