Azərbaycanda rüşvət alan rəis həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rüşvət alan rəis həbs edildi

Kriminal

12 Dekabr 2024 12:15 10740


Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Yeni Sabah” Tns.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E. Quliyev 9 il azadlıqdan məhrum edilib. pizza hut

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Yevlax rayon Qeydiyyat şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəisi E. Quliyev rüşvət alarkən yaxalanıb.

Elşən Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!