Azərbaycanda ŞOK: Tutulmamaq üçün maşınını yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ŞOK: Tutulmamaq üçün maşınını yandırdı

Kriminal

30 Noyabr 2024 23:31 1827


Biləsuvar rayonunda polis və gömrükçülərin keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Adil Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb.

Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Qarayev saxlanılaraq istintaqa təhvil verilib. Pepperoni pizza

Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!