Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Fotolar

Kriminal

30 Dekabr 2024 13:14 6063


Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildiriib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb. pizza

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Həsənağa Elçin oğlu Məmmədov tanınmış aktyordur və Həsən Ağa adı ilə tanınır.

Fotoda Həsənağa Elçin oğlu Məmmədov

Fotoda Fərdi Rövşən oğlu Ramazanov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!