Azərbaycanda toy günü BƏY ADAM ÖLDÜRDÜ - Məclis dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toy günü BƏY ADAM ÖLDÜRDÜ - Məclis dayandırıldı

Kriminal

16 Oktyabr 2024 11:45 25183


Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb.

Oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var.

Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb. Marqarita pizza

Parol.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb.

Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mən
    Ona görə deyiblər,gəlin atlandı ya qismət...
    2 years ago