Azərbaycanda toyuna hazırlaşan oğlan həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toyuna hazırlaşan oğlan həbs edildi

Kriminal

11 Oktyabr 2024 15:18 3174


Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.

“Yeni Sabah” qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü Samir Şahbazova (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə əlaqədə olma) maddəsi ilə iş açılıb.

Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir. Toyuqlu pizza

S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacaqlarını bildirib. Zərərçəkmiş qız da faktiki həyat yoldaşından şikayətçi olmayıb.

Saatlı Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Samirə 1 il həbs cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!