Əvvəlki nəsilə mənsub olan insanlar deyir ki, uşaqla ata-ana arasında pərdə olmalıdır. Ancaq müasir dövrün tələbinə uyanlar iddia edir ki, valideyn övladı ilə dost olmağı, əylənməyi, deyib-gülməyi və dərdinə ortaq olmağı bacarmalıdır. Bəs bu iki tövsiyədən hansı övladlarımızın tərbiyəsi üçün verilən doğru qərar sayılır?
Psixoloq Vüsalə Rüstəm məsələ ilə bağlı suallara “Yeni Sabah”a açıqlamasında aydınlıq gətirib:
“Yaxın keçmişdə bu deyim çox məşhur idi: "Valideynlə uşaq arasında pərdə olmalıdır". Bunu o zaman deyirdilər ki, cəmiyyətdə zərərli vərdişlərə aludəçilik yox dərəcəsində idi, gözə görünən, görünməyən neqativ insanlar hər an zərər vermək üçün tətikdə deyildi. Uşaq valideynlə hər məsələdə pərdə saxlayırdı. Belə hal doğrudurmu? Mənə görə xeyr. TV-lərdə keçmiş nəsildən olan çox sayda insanın müsahibəsinə baxmışam ki, atasının onun qucaqlayıb bir isti söz deməməyindən danışıb ağlayır”. Dördpendirli pizza
Psixoloq vurğulayıb ki, valideynlə övlad arasında olan pərdə ailəni uçuruma aparır:
“Düşünün, sevgisiz böyüyən uşaq 55 yaşına çatıb, məşhur aktyordur, amma bu gün atası ilə arasında olan pərdənin fəsadından əziyyət çəkir. Ömrü yarını keçib, ancaq hələ də ağlayır. Sevdiyimiz insanlarla, ailəmizlə bizə belə pərdə lazım deyil. Əgər qızının saçlarına sığal çəkib, "mənim gözəl qızım" deməyi özlərinə ar bilən adamlar varsa, səhv yoldadırlar. O uşaq səndən ala bilmədiyi sevgini bir ömür axtaracaq, ona hər sevirəm deyən yararsız adamların qurbanına çevriləcək. Başına gələn hadisələri sənə danışmayacaq, qorxacaq. Hər şeydən ən axırda xəbərin olacaq, o zaman isə bir valideyn kimi görəcəyin bir iş qalmayacaq. Məsafə və sərhədlər müəyyən mövzuda, kiçik yaşlarında olmalıdır. Böyüdükdə isə müəyyən mövzuları belə üstüörtülü şəkildə uşağa başa salmaq lazımdır.
Hazırkı dövrdə valideynlər uşaqlarını qorumaq üçün onlara xüsusi diqqət etməli, müəyyən yaşda pərdə saxlasa da, uşağın hər addımından xəbər tutmalı, onu qınamamalı, uşaqda özünə inam yaratmalıdır ki, heç nəyi ondan gizlətməsin. Məsafələr və pərdələr ailəni uçuruma aparır”.
Aytac Şahin
Telegram kanalımız