Azərbaycanda vəkillərin sayı 2 950 nəfərə çatıb.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Anar Bağırov bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub: Toyuqlu pizza
"Həmin imtahanlarda 7 000-dən çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və Kollegiyanın üzvü olub".
Onun sözlərinə görə, bugünkü mərasimdə daha 64 namizəd təntənəli şəkildə and içərək Kollegiyanın sıralarına qəbul olunub:
"Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 950 nəfərə çatıb. Yeni qəbul edilən vəkillərdən 43 nəfəri kişi, 21 nəfəri qadındır. Onlardan 4 nəfəri regionlarda, 60 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni üzvlərin qəbulu nəticəsində qadın vəkillərin sayı 670 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir".
Telegram kanalımız