Azərbaycanda vəzifəli şəxsin evindən qızılları oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxsin evindən qızılları oğurlandı

Kriminal

31 May 2024 18:17 898


Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N.Hacıyevanın evindən altı min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.

Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib. Sezar pizza

O, oğurladığı əşyaların iki min manatlıq hissəsini geri qaytarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!