Azərbaycandan sərt mövqe: Bizə belə sülhməramlı lazım deyil...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan sərt mövqe: Bizə belə sülhməramlı lazım deyil...

Siyasət

15 Avqust 2021 08:18 64032


Avqustun 12-də Azərbaycan Müdafiə Nazirliyinin  açıqlamasında Qarabağda müvəqqəti yerləşdirildiyi bəyan edilən Rusiya sülhməramlılarının öz funksiyalarını yerinə yetirməməsi ilə bağlı narahatlıq ifadə olunub.

Sənəddə bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Həmçinin, qeyd olunur ki, Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

İndi Azərbaycanda bəzi müşahidəçilər hesab edirlər ki, Rusiya sülhməramlıları ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarını tam yerinə yetirə bilmirsə, onlar Azərbaycan ərazisindən çıxarılmalıdır, yaxut da onları digər ölkələrinin sülhməramlılarırı ilə əvəzləmək olar. pizza hut

Bu mümkündürmü? Ümumiyyətlə Qarabağda sülhməramlı qüvvələr lazımdırmı?

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov «Turan» Agentliyinə bildirib ki, 44 günlük müharibə başa çatandan indiyə qədər Azərbaycanın müəyyən ərazisində separatçı, özünü «Artsax» adlandıran bir qurum var:

«Bu gün də onlar Rusiya sülhməramlıların himayəsi altında öz fəaliyyətlərini davam etdirirlər. Bu, müstəqil dövlət üçün qəbul olunmaz bir faktdır. Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanatına əsasən öz üzərinə düşən missiyasını həyata keçirməliydilər. Bu separatçı qurum da, ona məxsus silahlılar ya Azərbaycana təslim olmalı, ya da ərazidən çıxmalı idi. Çox təəssüf ki, sülhməramlılar bu günə qədər bunu etmədilər».

Komitə üzvü düşünür ki, sülhməramlılar bunu etmək fikrində də deyillər:

«Əksinə onların dirçəlməsi, daha çox fəaliyyət göstərməsi üçün şərait yaradırlar ».

Onun fikrincə, bu, artıq sülhməramlılıq deyil: «Mən qonşu Rusiya dövləti ilə Azərbaycan dövləti arasında olan çox gözəl tərəfdaşlığa kölgə salmaq fikrində deyiləm. Əksinə, istəyirəm ki, münasibətlərimiz daha yüksək səviyyədə inkişaf etsin və bu münasibətlərdə səmimi olaq, işğalçıları müdafiə etməyək».

E.Məmmədov qeyd edib ki, Azərbaycan müəyyən istisnalar olmaqla öz ərazilərini işğaldan azad edib :

«Azərbaycan öz sərhədlərini müdafiə edir və təhlükəsizliyini qoruyur. Ermənistan isə bu məqsədlərlə digər dövlətləri çağırır. »

Deputat daha sonra deyib: «Azərbaycan özü, öz ərazi bütövlüyünü qoruyur və heç bir sülhməramlıya, qeyri-sülhməramlıya və ya vasitəçiyə bizim ehtiyacımız yoxdur»

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarılardan gələn gündən narazıdır:  «Hakimiyyət də artıq narazılığını ortaya qoydu ki, sülhməramlılar səlahiyyətlərilə məşğul olmurlar, əksinə separatçılar ilə əməkdaşlıq edirlər, postların qurulmasına şərait yaradırlar. Laçın dəhlizindən silah, hərbçilər keçir, oranı aşsüzənə döndəriblər».

Ekspert hesab edir ki, Azərbaycan iki məsələni həll etməlidir:

«Azərbaycan Laçın dəhlizini nəzarətə götürməli və Qarabağda separatçıları tərksilah etməlidir. Hər iki məsələdə qarşıda Rusiya hərbçiləri dayanacaq. Açıq demək lazımdır ki, biz onlarla toqquşa bilmərik, əks halda Rusiya ilə münasibətlər gərginləşəcək. Amma onun bir yolu tapılmalıdır».

O, qeyd edib ki, indiki məqamda Azərbaycan Rusiya hərbçilərindən regionu tərk etməyi tələb edə bilməz: «Çünki anlaşmada 5 illik müddət yazılıb. Bir il keçib və Azərbaycan hələ 4 il gözləməlidir. Amma bu müddətdən sonra elə şərait yaradılmalıdır ki, onlar bölgəni tərk etsin. Tərk etməsələr, bu Azərbaycan əbədi problem kimi qalacaq».

E.Şahinoğlunun fikrincə, başqa ölkələrinin sülhməramlılarının da Azərbaycana gəlməsi məsələsini də elə əvvəldən qoymaq olardı :

«İndi artıq gecdir. Amma bu da həll yolu deyil. Bundan Azərbaycana xeyr olmayacaq və yenə də Laçın dəhlizi nəzarətsiz qalacaq, separatçılar da çıxarılmayacaq. Heç bir sülhməramlı gəlib məsələni Azərbaycanın xeyrinə həll edən deyil. Yeganə yol Qarabağda başqa bir dövlətinin hərbçisinin olmamasıdır. Bu çətin məsələdir, amma Azərbaycan buna nail olmalıdır».

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Araz Kərimov
    Əlbəttə türklərin ordan uzaqıasdirilmasi məhz buna köklənmisdi..Eyforiyaya uymaq lazim deyildi..Sou..Parad bos seylər idi..100ildəbir fürsət düsdü oda yarimciq qaldi. CÜNKİ HƏR İSİN ÖZ USTASİ OLMALİDİ
    5 years ago
  • Üzeyir
    Rusların belə edəcəyini ancaq korlar görmürdülər.
    5 years ago
  • Anar
    Kim ki deyir ki, dövlət yoxdu yox elə deyil əksinə dövlət var və dövlətin bildiyi də var vaxtı gələndə ne lazımdısa lazım olan nədisə o da ancaq Azərbaycanın xeyrinə o da olacaq!
    5 years ago
  • Əli
    Əgər sülhməramlılar indiyə qədər nəzarət etdikləri ərazidən erməni separatçılarını çıxara bilməyiblər və, o halda demək öz funksiyalarını yetirə bilməyiblər. O üzdən onların vaxt müddətinin tamam olmasını gözləmədən elə indidən ərazilərimizdə çıxıb getmələrini tələb edə bilərik.
    5 years ago
  • vuqar
    Sparatcilarin butun uzde olan liderleri rusun qarsisina sert qoyulmali idi,yani bize tehvil verilmeli idi!
    5 years ago
  • vuqar
    RUS QARABAGDA ELE BIR BAZA QURACAQ KI, NEINKI BIZ HEC BIR OLKE ORA GIRE BILMEYECEK,NE QEDER GEC DEYIL BIR TEDBIR GORULMELIDI YOXSA GEC OLACAQ!
    5 years ago
  • vuqar
    Men syasetci deyilem,amma rusun bele edeceyini gozel bilirdim,anladinizde ne demek isteyirem!
    5 years ago
  • Гурбан
    Yazıq deputat Həsən quluyev, dözməyəcəy Rusməramlıların getməyinə, ürəyi partlayacaq
    5 years ago