Azərbaycan Ermənistana hücum edəcək? -   Hikmət Hacıyevdən mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistana hücum edəcək? - Hikmət Hacıyevdən mühüm açıqlama

Siyasət

27 Sentyabr 2023 12:04 3011


"Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur, bu, Azərbaycanın gündəmindən tamamilə kənardır".

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçi Hikmət Hacıyev bildirib.

O, rəsmi Bakının ancaq Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istədiyini və bunun hər iki ölkə və daha geniş region üçün faydalı olacağını deyib. Marqarita pizza

"Bizim Ermənistana təklifimiz sülh yolu ilə birləşdirici xətlərin, nəqliyyat xətlərinin qurulmasıdır", - deyə H. Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa rəsmiləri ilə danışıqlardan sonra danışarkən vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!