Azərbaycanın mədəniyyət naziri sabah Gürcüstana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın mədəniyyət naziri sabah Gürcüstana səfər edəcək

Siyasət

05 İyul 2021 21:08 1174


Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabah Gürcüstana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, o, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək.

Görüşdə iki ölkə arasında mədəni əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. pizza sifarişi

Nazir səfər çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və digər mədəniyyət ocaqlarına baş çəkəcək.

A.Kərimovun Gürcüstanın azərbaycanlı mədəniyyət xadimləri ilə görüşü də planlaşdırılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!