Azərbaycanın qəti mövqeyi hər kəsə bəllidir -   Əgər ABŞ Administrasiyası belə bir addım atarsa...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın qəti mövqeyi hər kəsə bəllidir - Əgər ABŞ Administrasiyası belə bir addım atarsa...

Siyasət

23 Aprel 2021 14:58 768


“Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni Administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır”.

Yenisabah.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.

H. Hacıyev bildirib ki, Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub: “Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq. Marqarita pizza

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Ümid etmək istərdik ki, ABŞ Administrasiyası tarixi səhvə yol verməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!