“Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”

“Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”

Siyasət Veb saytların hazırlanması

25 Sentyabr 2023 22:53 449


“Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük”, - o qeyd edib.

Sözçü bildirib ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!