Azərbaycanla İran arasında Naxçıvan müzakirəsi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla İran arasında Naxçıvan müzakirəsi

Siyasət

09 Oktyabr 2023 21:02 443


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. 

Yenisabah.az xəbər verir ki, görüşdə iqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib. 

Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.  pizza hut

C.Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!