Azərbaycanla İran arasında yeni memorandum imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla İran arasında yeni memorandum imzalandı

Siyasət

09 İyun 2021 20:58 921


Baş nazirin müavini Şahin Mustafayev bu gün ölkəmizdə səfərdə olan İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycanla İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin, Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib. Toyuqlu pizza

Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!