Azərbaycanlı deputat Moskvada erməni həmkarına nə deyib? - “Ağlımıza gəlməzdi ki...”

Azərbaycanlı deputat Moskvada erməni həmkarına nə deyib? - “Ağlımıza gəlməzdi ki...”

Sosial Veb saytların hazırlanması

06 Dekabr 2023 22:48 11716


Ermənistanın keçmiş vitse-spikeri Eduard Şarmazanovun illər əvvəl Rusiyada azərbaycanlı deputatlarla baş tutmuş görüşünə dair xatirəsi maraq doğurub.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, keçmiş vitse-spiker Sankt-Peterburqda azərbaycanlı deputatlardan biri ilə dialoqunu unutmadığını deyib.

“Həmin vaxt əməkdaşım Vaan Ovannisyanla Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) parlamentlərarası konfransında iştirak edirdik. Biz orada Qarabağ məsələsinin hansı şəkildə həll edilə biləcəyinə dair nizamnamə təklif etdik. Oradakı azərbaycanlı deputatlardan biri Vaanı “terrorçu partiya üzvü”, məni isə “cinayətkar, korrupsioner rejimin nümayəndəsi” adlandırdı. Bizim ağlımıza gəlməzdi ki, zaman keçəcək və o konfransda Ermənistana, “artsax”a damğa vuran azərbaycanlı deputatın dedikləri yüksək tonda eşidiləcək: bu gün həmin sözləri Qərb tərəfdaşlarımız səsləndirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!