Azərbaycanlılar pullarını hara xərcləyirlər?   - 53,8 faiz...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar pullarını hara xərcləyirlər? - 53,8 faiz...

Sosial

19 Avqust 2020 13:02 866


2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsullarına, içkilər və tütün məmulatlarının alınmasına xərcləyib.

Yenisabah.az-ın məlumatına görə, həmçinin əhali pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 Ünumilikdə 2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!