“Azərbaycanlılar Xankəndiyə, ermənilər isə Gəncə və Bakıya gəlməlidir” - Qulu Məhərrəmli

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanlılar Xankəndiyə, ermənilər isə Gəncə və Bakıya gəlməlidir” - Qulu Məhərrəmli

Siyasət

17 Avqust 2021 18:15 6792


"Azərbaycan qanunlarını qəbul edərək düşmənçiliyə son verəcəklərsə, ermənilərin cəmiyyətimizə inteqrasiyasısı sürətli gedəcək. Tərəddüd içində olacaqlarsa, proses müəyyən dərəcədə ləngiyərək uzanacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məqsədilə hansı addımların atılmalı olduğundan danışarkən, siyasi şərhçi Qulu Məhərrəmli deyib:

"Proses vəziyyətdən asılı olaraq sürətlə, yaxud, ləng gedə bilər. Dəfələrlə rəsmi səviyyədə deyildiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar tədricən cəmiyyətimizə inteqrasiya olunmalıdır. Amma bu inteqrasiya onların içində, şüurlarında başlamalıdır. Birinci növbədə Azərbaycan qanunlarını, onun suverenliyini qəbul etməlidirlər. Həmin ermənilər Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa getməli, özlərini ifadə etməli bələdiyyə, parlament seçkilərində iştirak etməlidirlər”. pizza sifarişi

Q. Məhərrəmli sözügedən prosesdə fərdlərarası ünsiyyətə başlamağın ən vacib element olduğunu dedi:

"Vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndiyə, onlar isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Ermənilər birdəfəlik unutmalıdır ki, Azərbaycandan torpaq qoparmaq cəhdləri mümkünsüzdür, onun heç bir sonu yoxdur, separatizm yolverilməzdir. II Qarabağ savaşında ermənilərin başı daşdan-daşa dəydi. Onlar sonluğu gördülər. Ona görə də Azərbaycan vətəndaşları olan ermənilər bundan ciddi nəticələr çıxarmalıdır. Məmləkətdə sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur”./Sfera.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar
    Azerbaycanlilar ōz torpaqlarinda Zengibasar,vedibasar,Qemerli,Dereleyez,Irevan,Zengezur.v s torpaqlarinda yawamlidilar.
    5 years ago
  • Anar
    Azərbaycanlılar Azərbaycan respublikasının bütün ərazisində ne inki Xankəndində İrəvanda,Göyçədə,Zəngəzurda,sərbəst yaşamalıdır.Bu torpaqlar qədim Azərbaycan torpağıdır.Qaldiki mənfurlara onlar üçün Fransada marselde,orda burda yaşamaqa yerləri olacaq.Rədd olsunlar Azərbaycan torpaqindan.Onlarla qəti şəkildə gediş gəliş barışıq olmamalıdır.Və onların ayaqi şəhidlərimizin ve Xocalı faciəsində şəhid olan insanlarımızın qanı axan torpaqa qətiyyən dəyməməlidir.Bu tip çıxış edən insanlar diqqətli olun!
    5 years ago