Qondarma "Artsax" "prezidenti"nin müşaviri Davit Babayan Azərbaycan dövlətinə təslim oacaq. O, bu barədə qərar verdiyini açıqlayıb, Separatçı deyib ki, hazırda Xankəndidədir və tezliklə Şuşaya gedərək, könllü şəkildə təslim olacaq.
Bəs görəsən, bu gözlənilən idimi? Onu buna nə vadar edib? Digər separatçı liderlərin də analoji qaydada davranacağını gözləmək olarmı?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Sülhəddin Əkbər Babayanın bu addımını müsbət qiymətləndirdiyini deyib: Dominos pizza
"Bu barədə yəqin ki, Azərbaycanın hüquq-mühafizə orqanları dəqiq məlumat verə bilərlər. Amma mənim fikrimcə, o, başa düşürdü ki, həbs olunacaq, ona görə də bu yolu seçib. Davit Babayan bu yolu seçməklə ilk növbədə cəsarət nümayiş etdirib, həm də öz ləqayətini qoruyub. Mən onun bu addımını müsbət qiymətləndirirəm".
Ekspert bildirib ki, digər separatçılar da Davit Babayanı, ona münasibətin necə olacağını izləyəcək və buna uyğun olaraq qərar verəcəklər:
"Məncə, digərləri ona münasibəti izləyəcək. Azərbaycanın hüquq-mühafizə orqanları da insan hüuqularını və beynəlxalq ictimaiyyətin diqqətini nəzərə alaraq onların bütün hüquqlarının qorunması üçün hərtərəfli şərait yaratmalıdır. Bu halda, separatçılar könüllü təslim ola bilərlər. Onsuz da onlar bilirlər ki, axır-əvvəl həbs olunacaqlar. Vardaryan kimi həbs olunmaqdansa, ola bilər ki, könüllü təslim olmağa üstünlük versinlər.
Hər halda, istintaq orqanları könüllü təslim olma faktını nəzərə alacaqlar. Çünki bu addım həm də istintaqla əməkdaşlıq kimi qiymətləndirilə bilər və onların cəzası yüngülləşə bilər".
Əsmətxanım Rzazadə
Telegram kanalımız