Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu

Kriminal

30 Dekabr 2024 20:46 14562


Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb. pizza hut

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • No Aysel
    Cox qeribedir bu qeder qizili neyniyirler .qizil alarsan biraz demirsen ha kilolarnan.ne demis atalar.cox isteyen azdan da olar☝️????????
    1 year ago