Bakı Olimpiya Stadionunda avtomobillə xuliqanlıq edən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı Olimpiya Stadionunda avtomobillə xuliqanlıq edən şəxs həbs edildi

Kriminal

18 Noyabr 2024 21:58 1042


Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus "Mersedes-Benz" markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib. Pepperoni pizza

Faktla bağlı polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!