Bakı sakini Neftçalada narkotiklə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini Neftçalada narkotiklə saxlanıldı

Kriminal

16 Fevral 2023 10:06 679


Neftçalada narkotik alan şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı şəhər sakini Dünyamalı Qurbanbəyov rayonunun Həsənabad kəndi ərazisində tutulub. Onun əlində olan çantaya keçirilən baxış zamanı külli miqdarda, yəni 2 kiloqram 700 qramdan artıq marixuana, 505 qram heroin və 40 qramdan artıq metamfetamin aşkar edilib. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, D.Qurbanbəyov əvvəllər sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən dəyəri 1500 manat olan psixotrop maddə - metamfetamin almaq istəyib. Bunun müqabilində həmin şəxsin bank hesabına 1000 manat pul göndərən D.Qurbanbəyov narkotacirə 500 manat borclu qalıb. pizza

Əcnəbi vətəndaş isə öz növbəsində ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. D.Qurbanbəyov təyin olunan yerə gələn zaman narkotacir gizlədilən çantada əlavə olaraq marixuana və heroin yerləşdirildiyini, ondan bu maddələri Abşeron rayonunun Hökməli qəsəbəsində qabaqcadan təyin olunan yerə aparmasını xahiş edib.

Tərəflər arasında razılıq əldə olunub, lakin sonuncu çantanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!