Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir

Sosial Veb saytların hazırlanması

29 Noyabr 2023 18:16 375


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

Yenisabah.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!