Bakı və Moskvadan şok qərar:   “Ermənistan geri çəkilir, çünki...”

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Moskvadan şok qərar: “Ermənistan geri çəkilir, çünki...”

Siyasət

06 Sentyabr 2021 22:16 35810


“Ermənistan Qarabağla bağlı proseslərdən çəkilir”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan deyib.

“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Rusiya Qarabağdakı rus sülhməramlılarının mandatı ilə bağlı hüquqi mexanizmləri müzakirə edirlər. Hikmət Hacıyev qeyd edib ki, bu məsələ 10 noyabr bəyanatından irəli gəlir. Toyuqlu pizza

Əgər Rusiya və Azərbaycan arasında belə bir müzakirə gedirsə, bu, Ermənistanın Qarabağla əlaqəli proseslərdən tədricən geri çəkilməsi deməkdir. Sadə dillə desək, hətta 10 noyabr tarixli sənəddə Qarabağla bağlı məsələlərin üçtərəfli formatda həll ediləcəyi güman edilirdi”, - Abramyan bildirib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!