Paytaxtın Nizami rayonunda yaşlı insanlara qarşı quldurluq və soyğunçuluq edənlər saxlanılıblar.
Yenisabah.az xəbər verir ki, 76 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib. Evin qarşısında tanımadığı şəxslərin ona zor tətbiq edərək içərisində pul, sənədlər və digər qiymətli əşyalar olan çantasını ələ keçiriblər.
Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Valeh Abbasov və 21 yaşlı Röyal Əsədov saxlanılıblar. Həmin şəxslərin etdikləri əməl ərazidəki kameralar vasitəsilə də anbaan qeydə alınıb. Dördpendirli pizza
Daha bir tədbir zamanı dekabrın 13-ü saat 15 radələrində Q. Qarayev prospektində 55 yaşlı qadının qızıl boyunbağısını qoparıb qaçan əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Rahib Babayev də saxlanılıb.
Telegram kanalımız