Bakıda 31 yaşlı kişi körpüyə çıxıb özünü doğradı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 31 yaşlı kişi körpüyə çıxıb özünü doğradı

Hadisə

13 May 2022 13:26 210


Bakıda intihara cəhd hadisəsi şahidləri şoka salıb.

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.

Bakı şəhər sakini, 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər. pizza mizza

Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.Lent.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!