Bakıda bu yol 3 gün bağlı olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu yol 3 gün bağlı olacaq 

Sosial

05 Avqust 2024 15:55 533


Sabah saat 00:00-dan avqustun 9-u saat 09:00-a qədər Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində (Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!