Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır 

Sosial

06 Avqust 2024 10:58 370


Avqustun 8-də, saat 06:00-dan etibarən Bakının Nəsimi rayonunun 28 May küçəsində (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!