Bakıda dəhşət: Qadın öz həyat yoldaşını...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşət: Qadın öz həyat yoldaşını...

Kriminal

24 Oktyabr 2024 15:30 3296


Bakının Əhmədli qəsəbəsində ərini öldürməkdə şübhəli bilinən qadın tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xətai rayon Prokurorluğu məlumat yayıb.

Oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!