Bakıda əri həkimə 14 bıçaq zərbəsi vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əri həkimə 14 bıçaq zərbəsi vurdu

Kriminal

04 May 2024 23:41 1318


Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. pizza sifarişi

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon 33-cü Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!