Bakıda məmur evini 15 milyona satışa çıxardı - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məmur evini 15 milyona satışa çıxardı - FOTOLAR 

Sosial

05 Avqust 2024 14:39 13452


Nəsimi rayonu, Tbilisi prospektinə yaxın ərazidə fantastik qiymətə villa satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, əzəmətli ev Həsən Əliyev küçəsində yerləşir. 36 sot torpaq sahəsi olan villa 2 mərtəbə, 10 otaqdan ibarətdir. 

Şəhərin mərkəzində yerləşən villa fantastik qiymətə - 15 milyon manata təqdim olunub.  pizza sifarişi

Satıcı 1500 kv.m mülkün yüksək keyfiyyətli materiallar tikildiyini və dəyərli əşyalarla təchiz olunduğunu bilirir. Villada ayrıca iş otaqları və əlavə qapalı hovuz da mövcuddur. 

Klassik üslubda inşa edilən villanın ətrafında məktəb, bağça və özəl xəstəxanalar, iri market şəbəkələri də fəaliyyət göstərir. 

"Yeni Sabah" dəbdəbəli mənzilin sahibinin kimliyini öyərə bilib. Məlum olub ki, 1500 kv.m mülkün sahibi sabiq məmurlardan biridir. 

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!