Bakıda Porsche gecəyarısı dəhşət saçdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Porsche gecəyarısı dəhşət saçdı

Kriminal

16 Yanvar 2025 09:45 926


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, qəza Fəzail Bayramov küçəsində qeydə alınıb.

İdarəetməni itirən "Porsche" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini "Toyota Bakı" Mərkəzinin qarşısında hərəkətsiz duran "Volkswagen" markalı maşına çırpıb. pizza sifarişi

Nəticədə yol infrastrukturuna ziyan dəyib, bir neçə dekorativ ağac qopub.

Hər iki avtomobilə ziyan dəyib, əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!