Bakıda tanınmış müğənni axtarışa verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tanınmış müğənni axtarışa verildi - Foto

Kriminal

01 Dekabr 2024 15:47 1294


“Müğənni Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunub”.

Globalinfo.az-a daxil olan məlumata görə, müğənninin sosial şəbəkə hesablarında təhqir etdiyi bir vətəndaş onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

İddialara görə, məhkəmədən yayınan Dəniz Əsədova barəsində məhkəmə onun axtarışa verilməsini qərara alıb. pizza mizza

Bundan əlavə bildirilir ki, Binəqədi rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri xarakterli qərarı ilə Dəniz Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq da qadağan edilib.

Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları təhqir etdiyi üçün digər maddələrlə məsuliyyətə cəlb edilib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!