Bakıda xüsusi hərəkət zolağı təşkil edilən küçə və prospektlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xüsusi hərəkət zolağı təşkil edilən küçə və prospektlərin sayı açıqlandı

Sosial

01 Oktyabr 2024 19:26 402


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, avtobuslar üçün yeni zolaq şəbəkəsi mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiq olunur. Bu zolaqlardan gün ərzində 70 000 dəfəyə qədər avtobus hərəkət edir, 900 minə yaxın sərnişin rahat və maneəsiz daşınır. Avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişinin daşınmasına imkan yaradır. Marqarita pizza

"Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə 100 km-dən çox avtobus zolağının təşkili nəzərdə tutulub. Avtobus zolaqları müntəzəmliyi, intervalların qorunmasını, ictimai nəqliyyatın cəlbediciliyinin və ona inamın artmasını təmin edir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün hazırlanan yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!