Bakıda yarım milyonluq maşın qəza törədib - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yarım milyonluq maşın qəza törədib - FOTO

Kriminal

19 Aprel 2024 09:20 1772


Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

“Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb. Dördpendirli pizza

Zərbənin təsirindən “Maybach” deformasiyaya uğrayıb, “Leap Motors”da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

“Maybach” markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.

Hazırda fakt araşdırılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!