Bakının bu ərazisində yaşayanların NƏZƏRİNƏ - Sabah saat 10:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində yaşayanların NƏZƏRİNƏ - Sabah saat 10:00-dan...

Sosial

15 Oktyabr 2024 20:08 764


Sabah saat 10:00-dan etibarən Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz" məlumat yayıb.

Məlumata görə, qaz təchizatı rayonda yerləşən çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi səbəbi ilə dayandırılacaq. Bu müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!