Bakının razılığı lazımdır - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Bakının razılığı lazımdır - Peskov

Siyasət

26 Sentyabr 2023 14:54 550


Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: "Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür. Bu məsələdə konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”. Toyuqlu pizza

Dmitri Peskovun sözlərinə görə, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya Federasiyası faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir.

Peskov ABŞ-ın Ermənistana energetika sahəsində əməkdaşlıq təklifini şərh edərək, Rusiya Federasiyasının enerji sektorunda bu ölkəyə yardımını və resursların güzəştli tədarükünü xatırladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!