Litvanın cənub-şərqində Latviya və Estoniyanın xüsusi təyinatlılarının iştirakı ilə “Güclü Qalxan” hərbi təlimləri başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə iyunun 10-da Litva ordusunun komandanlığı məlumat yayıb.
Təlimin məqsədi nizami ordu və NATO müttəfiqləri ilə əməkdaşlıqda könüllü birləşmələrin məsuliyyəti zonasında hərbi əməliyyatların planlaşdırılması və aparılmasıdır. Baltikyanı ölkələrin könüllü qüvvələri ilə yanaşı, Polşa Ərazi Müdafiəsi, Britaniya Reyncersləri və ABŞ Milli Qvardiyasının bölmələri də təlimlərdə iştirak edir. Toyuqlu pizza
Telegram kanalımız