Bank kartlarından 93 min manat oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bank kartlarından 93 min manat oğurlayan şəxs saxlanıldı

Kriminal

09 Aprel 2024 12:11 1221


Kiber üsullarla kartlardan 93 min manat talayaraq elektron hesabına köçürən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.

Oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsullarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb. pizza mizza

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!