Bank kartlarından oğurluq edən şəxslər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Bank kartlarından oğurluq edən şəxslər saxlanıldılar

Kriminal

09 Mart 2024 11:25 1030


İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb. 

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. Marqarita pizza

T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.

Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli , qardaşı Elvin və tanışları Anar Abdullazadə saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.                                                                       

                                                                                      09 mart 2024-cü il


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!