Baş infeksionist virusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Baş infeksionist virusa yoluxdu

Dünya

16 İyun 2022 13:40 727


ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru və ABŞ Prezidentinin baş həkim müşaviri Entoni Faucidə koronavirus testi müsbət çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sözügedən institut məlumat yayıb.

 ABŞ-ın baş infeksionisti COVID-19 antigeni üçün ekspress testdən keçib. O, 2 dəfə peyvənd olunub. Hazırda Faucidə COVID-19-un yüngül simptomları var. Dördpendirli pizza

Doktor Fauci özünü təcrid edib və evindən işləməyə davam edəcək. O, son vaxtlar ABŞ prezidenti Co Bayden və ya digər yüksək vəzifəli ABŞ rəsmiləri ilə yaxın təmasda olmayıb.

Entoni Fauci Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin COVID-19 təlimatlarına və həkiminin tövsiyələrinə əməl edəcək və testi COVID-19 üçün mənfi nəticə verdikdən sonra işə qayıdacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!