Baş nazir sanksiyalara qarşı çıxdı: “Bizə Azərbaycan lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir sanksiyalara qarşı çıxdı: “Bizə Azərbaycan lazımdır”

Siyasət

06 Oktyabr 2023 18:01 711


Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan hökumətinin nümayəndələrinə qarşı sanksiyaların nəzərdən keçirilməsi çağırışını qəti şəkildə dəstəkləmir. 

Yenisabah.az “European Pravda”-ya istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 6-da Qranadada Aİ liderlərinin qeyri-rəsmi görüşündən əvvəl media ilə söhbətində bildirib. 

Orbandan Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibət bildirməsi istənilib. Söhbət sanksiyaların nəzərdən keçirilməsini istəyən qətnamədən gedir.  pizza mizza

“Azərbaycan mühüm əhəmiyyət kəsb edən ölkədir. Azərbaycan olmasa, biz enerji müstəqilliyinə nail ola bilmərik. Rusiyadan enerji asılılığından xilas olmaq istəyiriksə, bizə Azərbaycan lazımdır, bu, çox göz qabağındadır. Bu, strateji əhəmiyyətli ölkədir”, - deyə Viktor Orban bildirib. /Cebhe.info/ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!