Baş nazir təsdiqlədi: Əsədov və Paşinyan görüşüblər

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir təsdiqlədi: Əsədov və Paşinyan görüşüblər

Siyasət

27 Oktyabr 2023 12:21 525


Gürcüstan Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədovla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

"Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır",- Qaribaşvili deyib. pizza sifarişi

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!